logo

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb

22:55 13-10-2022 | icon 2338
“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb

Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib.

YeniAvropa xəbər verir ki, bu Ağdam təmsilçisinin Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda Yunanıstanın "Olimpiakos" komandası ilə qolsuz heç-heçə etməsi sayəsində mümkün olub.

Xallarının sayını 7-yə çatdıran ölkə çempionu G qrupunda üçüncü yeri rəsmiləşdirib.

Beləliklə, Azərbaycan çempionu tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ əldə edib.