logo

Azərbaycan Yazıçılar Birliyinin qurultayında 10 ölkədən nümayəndə iştirak edəcək

16:13 13-10-2022 | icon 9597
Azərbaycan Yazıçılar Birliyinin qurultayında 10 ölkədən nümayəndə iştirak edəcək

Azərbaycan Yazıçılar Birliyinin(AYB) XIII Qurultayı oktyabrın 26-da öz işinə başlayacaq.

YeniAvropa xəbər verir ki, bu barədə AYB-nin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, qurultay Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

Azərbaycan Yazıçılar Birliyinin dəvəti ilə qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edəcək.

Qurultay iştirakçıları həmin gün Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və Azərbaycan yazıçılarının məzarını, daha sonra Şəhidlər xiyabanı ziyarət ediləcək.

Qurultay nümayəndələrinin siyahısı “Ədəbiyyat qəzeti”nin oktyabrın 22-də dərc olunacaq buraxılışında nəşr ediləcək.