logo

Yağmurlu hava şəraiti oktyabrın 16-dək davam edəcək

15:30 13-10-2022 | icon 1484
Yağmurlu hava şəraiti oktyabrın 16-dək davam edəcək

Oktyabrın 13-ü şərq rayonlarından başlayaraq oktyabrın 16-sı gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qərb küləyi əsəcək, oktyabrın 14-də gündüz, 15-də isə bəzi yerlərdə arabir 15-20 metr/saniyə olacaq.

Çaylarda sululuğun artacağı ehtimal edilir.