logo

Xəzər dənizində zəlzələ olub

09:09 13-10-2022 | icon 1239
Xəzər dənizində zəlzələ olub

Oktyabrın 13-də Xəzər dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yerli vaxtla saat 03:52-də qeydə alınan zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 3-ə bərabər olub.