logo

UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Olimpiakos”u qəbul edəcək

09:29 13-10-2022 | icon 2044
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Olimpiakos”u qəbul edəcək

Ağdamın “Qarabağ” klubu bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

 YeniAvropa xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun komandası G qrupunun dördüncü turunda Bakıda Yunanıstan “Olimpiakos” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Qarşılaşmanı Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək.

“Qarabağ” G qrupunda 6 xalla ikinci, hər üç oyunda məğlub olan Pirey təmsilçisi sıfır xalla sonuncu pillədədir. Ağdam təmsilçisi ən azı heç-heçə sayəsində qrup üçüncülüyünü və UEFA Konfrans Liqası üçün pley-offa vəsiqəni təmin edəcək.

Qrupun digər görüşündə 9 xala malik Almaniyanın “Frayburq” klubu Fransada “Nant” komandasının qonağı olacaq. İlk iki pilləni rəsmiləşdirmək üçün qonaqlara bərabərlik də kifayət edəcək.