logo

Laçında tank mərmisi, əl qumbaraları və patronlar aşkarlanıb

09:29 12-10-2022 | icon 1204
Laçında tank mərmisi, əl qumbaraları və patronlar aşkarlanıb

Laçın rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan 

YeniAvropa-ya bildirilib ki, Laçın rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Zerti kəndi ərazisində 1 ədəd tank mərmisi, 2 ədəd əl qumbarası və 379 ədəd patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.