logo

Azərbaycan millisi səfərdə Yunanıstan yığmasını 7:0 hesabı ilə məğlub edib

21:11 11-10-2022 | icon 1946
Azərbaycan millisi səfərdə Yunanıstan yığmasını 7:0 hesabı ilə məğlub edib

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas seçmə mərhələsində növbəti qələbəsini qazanıb.

YeniAvropa xəbər verir ki, millimiz VI qrupun ikinci turunda Yunanıstan seçməsinin qonağı olub. Afinadakı Teodoros-Putos idman zalında oynanılan matçda Azərbaycan yığması rəqibini 7:0 hesabı ilə məğlub edib. Millimizin heyətində Xətayi Bağırov və Qallo dubl ediblər. Rafael Vilela, Tyaqo Bolinya və Conatas Felipe hərəyə bir dəfə fərqləniblər.

Hesabında 6 xal olan Azərbaycan millisi qrupda birinci pillədə yer alıb. İkinci pillədə 3 xalla Polşa qərarlaşıb. Xalı olmayan Yunanıstan isə sonuncudur.