logo

Jurnalist vəsiqəsinin forması təsdiq edilib

14:54 11-10-2022 | icon 1379
Jurnalist vəsiqəsinin forması təsdiq edilib

“Jurnalist vəsiqəsinin forması” və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası” təsdiqlənib.

Nazirlər Kabinetindən YeniAvropa-ya bildirilib ki, baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, beynəlxalq praktikaya uyğun olaraq jurnalistlərin könüllülük əsasında Media Reyestrinə daxil edilməsi nəzərdə tutulub ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərə Medianın İnkişafı Agentliyi tərəfindən jurnalist vəsiqəsi veriləcək. Jurnalist vəsiqəsi jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, onların inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədi daşıyır.