logo

Sabah Bakıda qısamüddətli yağış yağacaq,23° isti olacaq

12:52 11-10-2022 | icon 1295
Sabah Bakıda qısamüddətli yağış yağacaq,23° isti olacaq

Azərbaycanda oktyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 16-18°, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 13-17°, gündüz 22-26° isti, dağlarda gecə 5-9°, gündüz 11-16° isti olacağı ehtimal edilir.