logo

Ukrayna ABŞ-dan taktiki ballistik raketlər istəyir

11:33 11-10-2022 | icon 1848
Ukrayna ABŞ-dan taktiki ballistik raketlər istəyir

Kiyev ABŞ-dan yeni silah növləri, o cümlədən “Atacms” taktiki ballistik raketlər, həmçinin dördüncü nəsil "F-15" və "F-16" döyüş təyyarələri göndərilməsini xahiş edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançukun ölkənin infrastruktur obyektlərinə endirilən raket zərbələrindən sonra ABŞ Konqresinə göndərdiyi məktubla tanış olan “Foreign Policy” jurnalı məlumat yayıb.

Məlumata görə, rəsmi Kiyev ABŞ prezidenti Co Bayden administrasiyasından Ukraynaya 322 kilometr məsafədəki obyektləri vura bilən “Atacms” raketləri verməyi xahiş edib. Ruslan Stefançukun sözlərinə görə, Birləşmiş Ştatlar prioritet məsələ kimi Ukraynaya NASAMS zenit-raket kompleksləri də tədarük etməlidir. Bundan əlavə, Kiyev Vaşinqtondan MQ-1C “Gray Eagle” pilotsuz uçuş aparatları, həmçinin F-15 və F-16 döyüş təyyarələri istəyib.

ABŞ prezidenti Co Bayden oktyabrın 10-da ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı Vaşinqtonun Kiyevə hərbi yardımı davam etdirmək, o cümlədən hava hücumundan müasir müdafiə sistemləri vermək niyyətində olduğunu bildirib.