logo

Şuşada daha 15 yaşayış binasının inşasına başlanılır

10:50 11-10-2022 | icon 1295
Şuşada daha 15 yaşayış binasının inşasına başlanılır

Şuşa şəhərində inşa olunacaq yaşayış kompleksinin daha 15 binasının tikintisinə, abadlaşdırılmasına və əlavə texniki qurğuların inşasına dair Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin elan etdiyi açıq tenderin qalibi müəyyən olunub.

İdarədən YeniAvropa-ya bildirilib ki,9 şirkətin təqdim etdiyi təkliflər tender komissiyası üzvləri tərəfindən qiymətləndirilib və komissiyanın qərarı ilə "ARCHİCO" MMC tenderin qalibi seçilib. Tender şərtlərinə görə şirkət tərəfindən avtodayanacaqla birgə, 3-5 mərtəbə olmaqla 15 yaşayış binası tikiləcək.

Həmçinin adı çəkilən şirkət tikinti başa çatdıqdan sonra binaların 24 ay ərzində istismarına da zəmanət verəcək.

Qeyd edək i, Şuşa şəhərinin Baş planına uyğun olaraq ümumilikdə 23 binadan ibarət yaşayış massivinin inşası həyata keçirilir. Binalar müasir üslubda və yerli hava şəraitinin tələblərinə uyğun tikilməkdədir.