logo

“Qarabağ” - “Olimpiakos” matçı ingiltərəli hakimlərə tapşırılıb

09:59 11-10-2022 | icon 1638
“Qarabağ” - “Olimpiakos” matçı ingiltərəli hakimlərə tapşırılıb

Bakıda “Qarabağ” və “Olimpiakos” (Yunanıstan) klubları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü tur oyunu üçün hakim təyinatları açıqlanıb.

 YeniAvropa xəbər verir ki, qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Kreyq Pauson olacaq. Ona Li Betts və Yan Hassin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək.

Darren Con Herbert VAR hakimi, Peter Banks isə onun köməkçisi olacaq. Hakim-inspektor norveçli Con Skyervold, UEFA nümayəndəsi Bosniya və Herseqovinadan olan Milan Yankoviçdir.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq "Qarabağ" - "Olimpiakos" matçı saat 20:45-də başlayacaq. Ağdam təmsilçisi üçüncü turda Afinadakı görüşdə rəqibini 3 cavabsız qolla məğlub edib.