logo

Putin Ərdoğanla Actanada görüşəcək

17:34 10-10-2022 | icon 1680
Putin Ərdoğanla Actanada görüşəcək

Rusiya ilə Qərb arasında Türkiyədə danışıqlar aparılmasına dair konkret qərar yoxdur.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.

O, həmçinin Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanla Astanada keçiriləcək Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsi çərçivəsində görüşəcəyini və bu məsələni müzakirə edəcəyini də istisna etməyib.

Kremlin sözçüsü Ukraynaya raket hücumları ilə bağlı sualları Müdafiə Nazirliyinə ünvanlanmağı tövsiyə edib. Eyni zamanda, o, Ukraynada xüsusi hərbi əməliyyatın statusunun dəyişdirilməsi barədə hələlik qərar qəbul edilmədiyini deyib.