logo

İrandakı zəlzələ Naxçıvanda da hiss olunub

17:07 10-10-2022 | icon 1316
İrandakı zəlzələ Naxçıvanda da hiss olunub

Oktyabrın 10-da Naxçıvan seysmoloji stansiyasından 80 kilometr cənub-qərbdə - İran ərazisində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yerli vaxtla saat 16:37-də qeydə alınan zəlzələnin ocağı 9 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 4.5-ə bərabər olan zəlzələ Naxçıvan Muxtar Respublikasında 3-4 bala qədər hiss olunub.