logo

Putin Krım körpüsündəki partlayışı terror aktı adlandırıb

15:35 10-10-2022 | icon 1589
Putin Krım körpüsündəki partlayışı terror aktı adlandırıb

Rusiya prezidenti Vladimir Putin Krım körpüsündə törədilmiş partlayışı terror aktı adlandırıb.

YeniAvropa xəbər verir ki, V.Putin Təhlükəsizlik Şurasının daimi üzvləri keçirilmiş müşavirədə Krım körpüsündə baş vermiş partlayışı Rusiyanın mühüm mülki infrastrukturunun dağıdılmasına yönəldilmiş terror aktı kimi qiymətləndirib.

Onun sözlərinə görə, Ukrayna xüsusi xidmət orqanları Rusiyanın "Kursk AES"i və  “Türk axını” qaz borusuna qarşı da terror aktları təşkil ediblər.

V.Putin qeyd edib ki, Rusiya Baltik dənizinin dibindən keçən beynəlxalq qaz nəqli sistemlərində partlayışların araşdırılmasında iştiraka buraxılmır.

V.Putin oktyabrın 10-da Rusiya Müdafiə Nazirliyi və Baş Qərargahının təklifi ilə hava, dəniz və quruda yerləşən uzaqmənzilli silahlardan Ukraynanın energetika, hərbi idarəçilik və rabitə obyektlərinə miqyaslı hücumlar edildiyini, ölkəsinə qarşı terror aktlarının davam edəcəyi təqdirdə kəskin cavab veriləcəyini vurğulayıb.