logo

"Qarabağ" dünya klublarının reytinq cədvəlində 91-cidir 

13:31 10-10-2022 | icon 1757
"Qarabağ" dünya klublarının reytinq cədvəlində 91-cidir 

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinq cədvəlini açıqlayıb.

YeniAvropa xəbər verir ki, siyahıda 305 klub yer alıb. Onların arasında Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" var. Komandamız 130,5 xalla 91-cidir. Komandanın ötən cədvəllə müqayisədə mövqeyi dəyişməyib.

Sıralamaya 308 xalla “Palmeyras” liderlik edir (Braziliya). “Flamenqo” ikinci (Braziliya, 301 xal), "Real Madrid" isə 3-cüdür (280 xal).