logo

Avstriyada prezident seçkiləri keçirilir

11:11 09-10-2022 | icon 1631
Avstriyada prezident seçkiləri keçirilir

Bu gün Avstriyada növbəti prezident seçkiləri keçirilir.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, seçkilərdə hazırkı dövlət başçısı Aleksander Van der Bellen ilə yanaşı, daha altı namizəd iştirak edir. Onun ən güclü rəqibi Avstriya Azadlıq Partiyasının (FPÖ) dəstəklədiyi Valter Rozenkrantsdır.

Yerli vaxtla saat 17.00-da seçki məntəqələri bağlandıqdan sonra ilk nəticələr elan ediləcək. Saat 20.00-da isə elan ediləcək ilk rəsmi nəticə ilə kimin qalib gəlməsinə aydınlıq gələcək.

Seçkidən öncə aparılan sorğular əsasında A. Van der Bellenin ilk turda mütləq səs çoxluğunu əldə edəcəyi proqnozlaşdırılır. 50 faizlik həddi aşa bilməyəcəyi təqdirdə, 1945-ci ildən bəri ilk dəfə olaraq seçkilərə təkrar qatılan dövlət başçısı ikinci turda mübarizə aparmalı olacaq.

Avstriyada 6,36 milyon seçki hüququna malik vətəndaş gün ərzində növbəti dövlət başçısının kim olacağına aydınlıq gətirməlidir.