logo

Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazanıb

09:18 09-10-2022 | icon 1638
Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazanıb

Latviyanın paytaxtı Riqada gənc taekvondoçular arasında Olimpiya çəkiləri üzrə Avropa çempionatı keçirilib.

YeniAvropa xəbər verir ki, Azərbaycan milli komandası yarışı 1 bürünc medalla başa vurub.

Məmməd Abdullayevin rəhbərlik etdiyi yığmada Zemfira Həsənzadə (44 kq) estoniyalı və polşalı rəqibini məğlub etsə də, yarımfinalda ispanla döyüşdə rəqib finala yüksəlib. Bu səbəbdən də Həsənzadə üçüncü yerlə kifayətlənib.