logo

Rusiya Ukraynada 61 mindən çox hərbçisini itirib

17:57 07-10-2022 | icon 2184
Rusiya Ukraynada 61 mindən çox hərbçisini itirib

Ukrayna ordusu müharibə başlayandan indiyədək Rusiyanın 61 680 hərbçisini məhv edib.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, son sutkada işğalçıların 350 hərbçisi zərərsizləşdirilib.

Məlumata görə, Rusiyanın digər döyüş itkiləri 2 466 tank, 5 093 zirehli maşın, 1 455 artilleriya sistemi, 344 reaktiv yaylım atəşi sistemi, 177 hava hücumundan müdafiə sistemi, 266 təyyarə, 233 helikopter, 1 067 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3 862 avtomobil və avtoçən, 135 xüsusi texnikadan ibarətdir.