logo

Narkoloji Mərkəzdə qeydiyyatda olanların sayı 30 mini ötüb

16:54 26-07-2018 | icon 4305
Narkoloji Mərkəzdə qeydiyyatda olanların sayı 30 mini ötüb

2017-ci il dekabrın 31-nə olan məlumatına əsasən Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində  30 min 131 nəfər qeydiyyata alınıb.  YeniAvropa xəbər verir  ki, bu haqda Respublika Narkoloji Mərkəzindən bildirilib.

Məlumatda bildirilib ki, Mərkəzdə qeydiyyatda olanlardan  25 min 139 nəfəri dispanser, 4992 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 595 nəfəri qadın, 212 nəfəri toksikoman, 21 min 38 nəfəri (470 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2017-ci ildə 2115 nəfər yeni qeydiyyata götürülüb, 1432 nəfər isə qeydiyyatdan çıxarılıb.