Zelenski AŞ PA-nın payız sessiyasında çıxış edəcək
Ukrayna prezidenti Volodimir Zelenski Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) oktyabrın 10-dan 14-dək keçiriləcək payız plenar sessiyasında videoformatda çıxış edəcək.
YeniAvropa xəbər verir ki, payız sessiyasında İrlandiya prezidenti Maykl D.Higgins və İsveçrə Konfederasiyasının prezidenti İqnazio Kassisin, eləcə də Albaniyanın baş naziri Edi Ramanın çıxışları gözlənilir.
Payız sessiyasında “Avropada ərzaq təhlükəsizliyi: Ukrayna limanları vasitəsilə taxıl ixracı”, “Ermənistan ilə Azərbaycan arasında hərbi əməliyyatlar” və digər mövzulara dair müzakirələr də daxildir. Sessiyada “Rusiya Federasiyasının son hədsiz və qeyri-insani fəaliyyəti” mövzusunda təcili debat tələb olunub.
Həmçinin sessiyada Qərbi Balkan ölkələri üçün Avropa perspektivi, islamofobiya və ya antimüsəlman irqçiliyi, peyvənd ayrı-seçkiliyi və İrlandiya adasında “Brexit”in insan hüquqlarına təsiri ilə bağlı müzakirələr də nəzərdə tutulur. Assambleyanın payız sessiyasında Türkiyə, Macarıstan və Rumıniyanın qurum qarşısında götürdükləri öhdəliklərinə əməl etməsi də müzakirə olunacağı gözlənilir.
İrlandiyanın Avropa məsələləri üzrə naziri Tomas Birn İrlandiyanın Avropa Şurasına sədrliyi çərçivəsində Nazirlər Komitəsinin Kommunikasiyasını təqdim edəcək. Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç AŞ PA üzvlərinin suallarını cavablandıracaq.
AŞ PA-nın payız sessiyasında Şengen İnformasiya sistemindən dövlətlərin siyasi motivli sanksiya kimi sui-istifadəsi, idmanda qadınlara qarşı ayrı-seçkilik, sığınacaq axtaranlar üçün təhlükəsiz üçüncü ölkələr, quruda və dənizdə miqrasiya idarəçiliyinin qeyri-qanuni tədbirləri ilə bağlı hesabatlar müzakirə ediləcək və əmək hüquqlarına yenidən baxılacaq.
AŞ PA payız sessiyanın ilk günündə yekun gündəliyi qəbul ediləcək.
Kazanda İƏT Gənc Sahibkarların X Beynəlxalq Forumu keçirilir
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Belarus sənədləri imzalanıb
Azərbaycanda əhalinin sayı 10 milyon 190 min nəfərə çatır
İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib
Rusiya-Çin ticarət dövriyyəsi 240 milyard dollara yüksəlib
Sabah Bakıda arabir yağış yağacaq,17° isti olacaq
Fransadan Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik-XİN
Nobel mükafatı laureatı Əziz Səncər Azərbaycana gələcək
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub
Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
Qaradağ rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi rüşvət alarkən yaxalanıb
Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlanıb
Belarus prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Azərbaycanda apreldə gündəlik neft hasilatı 596 min barel olub
“Rabitəbank”ın Müşahidə Şurasında yeni təyinatlar olub
Bu gün paytaxtın iki rayonunda və Sumqayıtda qaz olmayacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Azərbaycan nefti 83,94 dollara satılır
Paytaxt sakinləri Yardımlıda 15 kq narkotika ilə yaxalanıblar
Putin Çinə iki günlük səfərə gedib
Bakıda "Ag çiçəyim" gül mağazasında baş verən yanğın söndürülüb
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası Komissiyanın 9-cu görüşü keçirilib