logo

Türkiyə İsrailə səfir təyin edib

14:34 06-10-2022 | icon 2128
Türkiyə İsrailə səfir təyin edib

Uzun fasilədən sonra Türkiyə təcrübəli diplomat Şakir Özkan Torunları İsrailə səfir təyin edib.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb.

İxtisası sosioloq olan Şakir Özkan Torunlar ingilis və fransız dillərini bilir. O, Türkiyə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, ötən ay İsrail Xarici İşlər Nazirliyinin təcrübəli diplomatı İrit Lillia Türkiyəyə səfir təyin edilib.