logo

Ərdoğan Praqaya səfər edib

12:52 06-10-2022 | icon 1050
Ərdoğan Praqaya səfər edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çex Respublikasının paytaxtı Praqa şəhərinə səfərə gedib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  prezident Rəcəb Tayyib Ərdoğanı dövlət və hökumət nümayəndələrindən ibarət geniş tərkibli rəsmi heyət müşayiət edir.

Səfərin məqsədi “Avropa Siyasi Birliyi”nin zirvə toplantısında iştirak etməkdir.

Türkiyə dövlət başçısının səfər çərçivəsində ikitərəfli görüşləri də nəzərdə tutulub.

Xatırladaq ki, pezident Rəcəb Tayyib Ərdoğan oktyabrın 1-də Türkiyə Böyük Millət Məclisindəki çıxışında vurğulayıb ki, Paşinyanın görüşmək istəyinə uyğun olaraq onların Praqada görüşməsi mümkündür.