logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

12:12 06-10-2022 | icon 1729
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 62 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 62 nəfər,o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.