logo

Azərbaycan “OPEC+”un gündəlik neft hasilatını azaltmaq qərarını dəstəkləyib

19:56 05-10-2022 | icon 1862
Azərbaycan “OPEC+”un gündəlik neft hasilatını azaltmaq qərarını dəstəkləyib

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 milyon barel azaldılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.

Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin bu yeni öhdəlikləri cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilib. Razılaşmanın müddəti 2023-cü il dekabrın 31-dək uzadılıb.

Yeni qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel təşkil edir. Beləliklə, "OPEC+" razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min bareldən azaldılaraq 684 min barel həcmində saxlanılmasını nəzərdə tutur.

“OPEC+”un növbəti görüşü cari ilin 4 dekabrına təyin edilib.