logo

Ermənilərin Kəlbəcər və Daşkəsəndə basdıqdığı daha 230 ədəd mina zərərsizləşdirilib

17:17 05-10-2022 | icon 1176
Ermənilərin Kəlbəcər və Daşkəsəndə basdıqdığı daha 230 ədəd mina zərərsizləşdirilib

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-Э tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar olunub.

Aşkar edilən bütün minalar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla icra edir.