logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 384 min nəfəri ötüb

16:45 05-10-2022 | icon 2814
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 384 min nəfəri ötüb

Oktyabrın 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 779 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 313, ikinci doza vaksinlərin sayı 145, üç və daha çox doza vaksinlərin sayı 273, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 48-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 895 min 43, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 384 min 404, ikinci mərhələ üzrə 4 milyon 868 min 155, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 380 min 500, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 261 min 984-dür.