logo

İlham Əliyev:Qarabağda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır

12:32 05-10-2022 | icon 1176
İlham Əliyev:Qarabağda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır

Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik.

 YeniAvropa xəbər verir ki, bu fikri prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında söyləyib.

Qarabağın Azərbaycan torpağı olduğunu bir daha diqqətə çatdıran dövlət başçısı deyib: “İkinci Qarabağ müharibəsi bunu sübut etdi. Hətta işğal illərində dünyada Ermənistan da daxil olmaqla heç bir ölkə bu rejimi tanımadı”.