logo

Fətəli xan Xoyskinin qardaşı nəvəsi Leyla xan Xoyski vəfat edib

18:33 04-10-2022 | icon 1589
Fətəli xan Xoyskinin qardaşı nəvəsi Leyla xan Xoyski vəfat edib

Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş naziri, daxili işlər, hərbiyə, ədliyyə və xarici işlər naziri olmuş Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Leyla xan Xoyski-Keykurun İstanbulda vəfat edib.

YeniAvropa xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş konsulluğu faktı təsdiqləyib.

Bildirilib ki, Leyla xan Xoyski-Keykurun oktyabrın 4-də vəfat edib.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2019-cu ilin sentyabr ayında Cümhuriyyət liderlərinin Türkiyədə yaşayan varisləri “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalları ilə təltif olunublar. Xan Xoyski və Şeyxzamanlı ailələri adından medal Leyla xanıma təqdim edilib.