logo

Havada toz dumanı müşahidə edilir

17:54 04-10-2022 | icon 1491
Havada toz dumanı müşahidə edilir

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova YeniAvropa-ya bildirilib ki, dispers toz hissəcikləri Xətai rayonunda 1,5, Nizami rayonunda isə 2,4 dəfə normanı ötüb.

G.Abbasovanın sözlərinə görə, sinoptik vəziyyətə və eyni zamanda toz proqnoz modellərinə əsasən tozlu hava şəraiti transsərhəd xarakterlidir və gün ərzində davam edəcək.