logo

Qazaxıstana 2 həftədə 200 mindən çox Rusiya vətəndaşı gəlib

11:55 04-10-2022 | icon 1771
Qazaxıstana 2 həftədə 200 mindən çox Rusiya vətəndaşı gəlib

Rusiyada səfərbərlik elan edildikdən sonra Qazaxıstana daxil olan RF vətəndaşlarının sayı 200 min nəfəri ötüb.

YeniAvropa  "Kazinform" agentliyinə istinadla xəbər verir ki, bunu Qazaxıstanın daxili işlər naziri Marat Axmetjanov hökumətin iclasından sonra jurnalistlərə deyib.

“Vəziyyət nəzarət altındadır. Sentyabrın 21-dən bəri Rusiyadan ölkəmizə təxminən 200 min nəfər daxil olub, 147 min nəfər isə geri qayıdıb”, - Marat Axmetjanov belə deyib. Onun sözlərinə görə, sərhədi keçən insanlar üçün heç bir məhdudiyyət tətbiq olunmur.

Bu ərəfədə baş nazirinin müavini, maliyyə naziri Yerulan Jamaubayev bildirib ki, Qazaxıstanda Rusiya rublunun həddindən artıq çoxluğu müşahidə edilmir.