logo

Kürdəmirdə arvadını bıçaqlayan şəxs tutlub

09:54 04-10-2022 | icon 1204
Kürdəmirdə arvadını bıçaqlayan şəxs tutlub

Oktyabrın 03-ü saat 11 radələrində Kürdəmir rayonu Sığırlı kəndi ərazisində 1989-cu il təvəllüdlü Durbəs Bəkirovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Kürdəmir rayon prokurorluğundan YeniAvropa-ya bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Rəcəb Bəkirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Durbəs Bəkirovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Rəcəb Bəkirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.