Bu il qəbul imtahanlarında 2077 nəfər 600 və daha yuxarı bal toplayıb
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 2077 nəfər 600 və daha yuxarı bal toplayıb. Onlardan 237 nəfər məcburi köçkün rayonlarına aid məktəblərin məzunlarıdır. Sevindirici haldır ki, ümumilikdə ali təhsil müəssisələrinə qəbul olan məcburi köçkünlərin sayı daimi artım tempinə malik olub. Son 20 ilin göstəricilərinə baxsaq, 2001-ci ildə ali məktəblərə qəbul olunan məcburi köçkünlərin sayı 856 nəfər idisə, 2011-ci ildə bu göstərici 2512, bu il isə 6098 nəfərə çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Məlumata görə, yüksək bal toplayan abituriyentlər demək olar ki, respublikanın bütün şəhər və rayonlarını, o cümlədən kənd məktəblərini təmsil edir. Yüksək bal toplayan abituriyentlərin sırasında regionlarda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunlarının sayı bu il 1081 nəfər olub.
Yüksək nəticə göstərənlər I ixtisas qrupu üzrə (texniki və təbiət elmləri üzrə ixtisaslar) 1081 nəfər, II ixtisas qrupu üzrə (iqtisadiyyat və idarəetmə üzrə ixtisaslar) 142 nəfər, III ixtisas qrupu üzrə (humanitar və sosial ixtisaslar) 344 nəfər, IV ixtisas qrupu üzrə (səhiyyə, rifah və xidmət ixtisasları) 510 nəfər olub.
“Bu il Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülən şəxslər respublikanın 25 müxtəlif şəhər və rayonlarını təmsil edirlər. Təqaüdçülər arasında 54 nəfər regionlarda fəaliyyət göstərən məktəblərdən (o cümlədən 18 nəfər kənd məktəblərinin məzunları), 6 nəfər məcburi köçkün məktəblərindən, 4 nəfər bir valideyni olmayan ailədən, eləcə də müəllim, hərbçi, əczaçı, sürücü, mühəndis, satıcı, fəhlə, bərbər, təqaüdçü, çilingər, bağban, usta və s. ailələrindən olan məzunlar var. Siyahıda olan 23 nəfərin valideynlərindən ən az biri müəllimlik fəaliyyəti ilə məşğul olur.
Təqaüdçülərdən 48 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Daha sonra Qəbələdə yerləşən məktəblərin məzunlarından 7, Sumqayıt və Naxçıvanda yerləşən məktəblərin məzunlarından 6, Abşeron və Gəncədə yerləşən məktəblərin məzunlarından 4 nəfəri bilik öncülləri siyahısında görmək olar”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Prezident təqaüdçülərindən 31 nəfər Bakı Ali Neft Məktəbinə, 23 nəfər Azərbaycan Tibb Universitetinə, 12 nəfər ADA Universitetinə, 10 nəfər Bakı Dövlət Universitetinə, 9 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 7 nəfər Dövlət İdarəçilik Akademiyasına, 4 nəfər xüsusi təyinatlı ali təhsil müəssisəsinə, 2 nəfər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, 2 nəfər Naxçıvan Dövlət Universitetinə, 1 nəfər Birgə Azərbaycan-Fransız Universitetinə (UFAZ), 1 nəfər Bakı Mühəndislik Universitetinə qəbul olunub.
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Qadın şahmatçılarımız Avropa çempionatına yollanırlar
AFFA beş klubu cəzalandırıb
Azərbaycan QHT-ləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
“Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək
Bakıda 21 qanunsuz miqrant saxlanılıb
UEFA Avropa Liqası: Bu gün yarımfinalçılar bəlli olacaq
Sabah Bakıda 27° isti olacaq
I siniflərə qəbul prosesinə başlanılır: Mayın 1-dən
BMT Baş Assambleyasının prezidenti Pərviz Şahbazovu ABŞ-a dəvət edib
Paşinyan sərhəddəki 4 kəndin Azərbaycana qaytarılmasının ağır nəticəsindən danışıb
UEFA Konfrans Liqası:“Fənərbağça” bu gün "Olimpiakos”u qəbul edəcək
Paytaxtda xaricdə iş təklif edən dələduzlara cinayət işi açılıb
Bakıda ümumşəhər iməciliyi keçiriləcək
Paytaxtın əsas küçəsi sabahdan 3 günlük təmrə bağlanacaq
46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək