logo

Rusiya aliqarxlarının sərvəti 94 milyard dollar azalıb-Bloomberg

13:54 03-10-2022 | icon 2030
Rusiya aliqarxlarının sərvəti 94 milyard dollar azalıb-Bloomberg

2022-ci ilin əvvəlindən bəri Rusiyanın ən varlı biznesmenlərinin varidatı 93,616 milyard dollar azalıb.

YeniAvropa xəbər verir ki, bu barədə məlumat "Bloomberg" agentliyinin materiallarında yer alıb.

“Milyarderlər indeksi”ndəki məlumata görə, ən çox “kasıblaşan” rusiyalı milyarderlərin siyahısına sentyabrın 1-dək 11,2 milyard dollar itirən “Renova” qrupunun yaradıcısı Viktor Vekselberq başçılıq edir. “Severstal”ın direktorlar şurasının sədri Aleksey Mordaşov 9,78 milyard dollar, təbii qaz istehsalçısı olan “Novatek”in səhmdarı Gennadi Timçenko 9,66 milyard dollar, HLMK - metallurgiya kompaniyasının direktorlar şurasının sədri Vladimir Lisin isə 9,12 milyard dollar itirib.

Siyahıda ilk beşliyi 8,26 milyard dollar itirən Evraz dağ-metallurgiya holdinqinin səhmdarı Roman Abramoviç tamamlayır.

Bloomberg informasiya agentliyi “Milyarderlər indeksi”ni 2012-ci ilin martından dərc edir. Orada dünyanın ən varlı 500 insanının malik olduğu sərvət barədə məlumatlar verilir.