logo

Azərbaycan səfiri etimadnaməsini Finlandiya prezidentinə təqdim edib

18:20 30-09-2022 | icon 1834
Azərbaycan səfiri etimadnaməsini Finlandiya prezidentinə təqdim edib

Azərbaycanın İsveç Krallığında və eyni zamanda, Finlandiya Respublikasındakı səfiri Zaur Əhmədov etimadnaməsini ölkənin Prezidenti Sauli Niinistöyə təqdim edib.

YeniAvropa xəbər verir ki, Helsinkidə keçirilən rəsmi mərasimdə səfir Zaur Əhmədov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Finlandiyanın prezidenti Sauli Niinistöyə çatdıraraq, onu ölkəmizə səfərə dəvət edib.

Sauli Niinistö ilə söhbətdə səfir ölkələrimiz arasında yüksələn xətlə inkişaf edən münasibətlərin daha da dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.