logo

Daşınmaz əmlaklarla bağlı bütün xidmətlər pullu olacaq

15:42 30-09-2022 | icon 1603
Daşınmaz əmlaklarla bağlı bütün xidmətlər pullu olacaq

Daşınmaz əmlakla bağlı xidmətlərə görə yeni xidmət haqları tutulacaq.

YeniAvropa xəbər verir ki, bu məsələ parlamentin sentyabrın 30-da keçirilən plenar iclasında birinci oxunuşda müzakirə edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihədə Qanunun 6-cı maddəsinin “Ödənişlər” adlandırılması təklif olunur. Bununla yanaşı, yeni 6.4-cü maddənin əlavə edilməsi nəzərdə tutulub. Əlavəyə əsasən, daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi, sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi, torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.