logo

İlham Əliyev 6 prokuroru ali xüsusi rütbələrlə təltif edib

15:05 30-09-2022 | icon 1435
İlham Əliyev 6 prokuroru ali xüsusi rütbələrlə təltif edib

Prezident İlham Əliyev sentyabrın 30-da Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Prokurorluğunun altı əməkdaşına – Baş prokurorunun birinci müavini Elçin Məmmədov, Baş prokurorunun müavini Elmar Camalov, Baş prokurorunun müavini Heydər Məmmədov, Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova II dərəcəli dövlət ədliyyə müşaviri, Baş Prokurorluğunun İstintaq idarəsinin rəisi Nemət Əvəzov, Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Xatırladaq ki, 1 oktyabr – Azərbaycan Prokurorluğu işçilərinin peşə bayramı günüdür.