logo

4 güləşçimiz dünya reytinq cədvəlində I pillədə qərarlaşıb

14:24 30-09-2022 | icon 1225
4 güləşçimiz dünya reytinq cədvəlində I pillədə qərarlaşıb

Dünya Güləş Birliyi (UWW) 2022-ci ilin yekun reytinq siyahısını açıqlayıb.

YeniAvropa xəbər verir ki, milli komandalarımızın 10 üzvü ili ilk üçlükdə başa vurub. Yunan-Roma güləşində Eldəniz Əzizli (55 kq) 55000, Taleh Məmmədov (63 kq) 55200, Həsrət Cəfərov (67 kq) 50500 və Ülvü Qənizadə (72 kq) 58380 xalla öz çəki dərəcələrində reytinqi 1-ci yerdə tamamlayıblar. Rafiq Hüseynov (82 kq) 45200 xalla 2-ci, Murad Məmmədov (60 kq) 42500 xalla və Arif Niftullayev (97 kq) 44620 xalla 3-cü olub.

Qadın güləşində Elis Manolova (65 kq) 46400 xalla 2-ci, sərbəst güləşdə isə Osman Nurmaqomedov (92 kq) 45500 və Maqomedxan Maqomedov (97 kq) 47520 xalla 3-cü yeri tutublar.

Qeyd edək ki, bu xallar 4 reytinq turnirində, qitə çempionatlarında və dünya çempionatında göstərilən nəticələrə əsasən güləşçilərə verilir.