logo

Yunanıstan–Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib

09:29 30-09-2022 | icon 2254
Yunanıstan–Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib

Futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində oktyabrın 11-də Afinada keçiriləcək Yunanıstan–Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.

YeniAvropa Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, UEFA oyunu İsveçdən olan hakimlər briqadasına tapşırıb.

Teodoros-Putos idman zalında keçiriləcək oyunun hakimləri Ademir Avdic, David Qlavonjiç və George Jansizian olacaqlar. Matçın hakim-inspektor funksiyasını Vilvo Borosak (Sloveniya) yerinə yetirəcək. Görüşün UEFA nümayəndəsi isə Artur Admiral (Niderland) olacaq.