logo

Biləcəridəki "daş bazarı”nda ustanı "tok" vurub öldürdü

09:09 30-09-2022 | icon 8463
Biləcəridəki "daş bazarı”nda ustanı "tok" vurub öldürdü

Sentyabrın 29-u saat 15 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində 1984-cü il təvəllüdlü Xəqani Əzizovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan YeniAvropa-ya verilən məlumata görə, araşdırmalarla müəyyənləşdirilib ki, Xəqani Əzizov usta kimi işlədiyi “Biləcəri daş bazarı” adlanan yerdə yerləşən taxta sexinin çardağında örtük quraşdırma işlərini yerinə yetirərkən elektrik xəttinə toxunması nəticəsində elektrik cərəyanının təsirindən ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.