logo

Paşinyan müttəfiqlərini Ermənistana silah satmamaqda ittiham edib

13:53 29-09-2022 | icon 1792
Paşinyan müttəfiqlərini Ermənistana silah satmamaqda ittiham edib

Ermənistanın baş naziri Nikol Paşinyan müttəfiqlərini İrəvan tərəfindən pulu ödənilmiş silahları göndərməməkdə təqsirləndirib.

YeniAvropa Ermənistan mediasına istinadla xəbər verir ki, Paşinyan müttəfiqlərinin ünvanına bu ittihamı hökumətin iclasında səsləndirib.

“Bizdə belə hallar var ki, silah üçün yüz milyonlarla dollar ödənilib, amma Ermənistana silah tədarükü üzrə öhdəliklər yerinə yetirilmir”, - deyən baş nazir bu sırada müttəfiq ölkələrin də olduğunu bildirib.

Lakin o, sözügedən ölkələrin adını konkret olaraq çəkməyib.