logo

Kremldə sabah Ukraynanın işğal edilmiş əraziləri təntənəli şəkildə Rusiyanın tərkibinə daxil ediləcək

13:13 29-09-2022 | icon 2422
Kremldə sabah Ukraynanın işğal edilmiş əraziləri təntənəli şəkildə Rusiyanın tərkibinə daxil ediləcək

Sentyabrın 30-da Moskvada Ukraynada referendum keçirilmiş ərazilərin Rusiyanın tərkibinə daxil edilməsinə dair müqavilə imzalanacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Kreml sarayında keçiriləcək mərasimdə Rusiya prezidenti Vladimir Putinin iştirakı və geniş nitq söyləyəcəyi gözlənilir.

Xatırladaq ki, sentyabrın 23-27-də Donetsk, Luqansk, Xerson və Zaporojyedə bu ərazilərin Rusiyanın tərkibinə daxil olmasına dair referendum keçirilib.