Azərbaycan taekvondoçusu Avropa çempionu olub
Albaniyanın paytaxtı Tiranada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatı davam edir. Yarışın ikinci günü Azərbaycan millisi üçün uğurlu alınıb.
Azərbaycan Taekvondo Federasiyasından YeniAvropa-ya bildirilib ki, baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbərlik etdiyi komandanın heyətində Səyyad Dadaşov (54 kq) Avropa çempionu tituluna layiq görülüb. İlk görüşdə Artyom Bulavkanı (Moldova) 2:0 hesabı ilə məğlub edən taekvondoçumuz ardınca Relja İvkoviçə (Serbiya) də eyni hesabla qalib gəlib. Dadaşov 1/8 finalda türkiyəli Haktan Can üzərində də inamlı qələbə qazanıb – 2:0. Növbəti görüşündə Tedi Likometini (Albaniya, 2:0) mübarizədən kənarlaşdıran taekvondoçu yarımfinalda Ebrahim Marvan (İsveç) ilə döyüşməli olsa da, rəqib zədə səbəbindən dayanq üzərinə çıxmayıb və Səyyad finala yüksəlib.
Həlledici döyüş kifayət qədər gərgin alınıb. Niderlandlı Milan Millla ilə qarşılaşmanı 2:1 hesabı ilə xeyrinə bitirən Dadaşov Avropa çempionatının qızıl medalına yiyələnib.
Yığmamızın aktivinə digər mükafatı Eltac Qafarov əlavə edib. 74 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz ardıcıl olaraq Ege Şaşmaztin (Türkiyə, 2:0), Xesus Serrano (İspaniya, 2:0) və Çarai Flouskounisa (Yunanıstan, 2:1) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Qafarov finala gedən yolda serbiyalı Stefan Takovla üz-üzə gəlib. Rəqib 2:0 hesabı ilə qələbə qazandığından təmsilçimiz bürünc medala sahib olub.
Beləliklə, milli komanda 5 ildən sonra Avropa çempionatında yenidən medal qazanıb. Dadaşovun fəxri kürsünün ən yüksək pilləsinə qalxması ilə U-21-lərin yarışında isə 9 ildən sonra Azərbaycan Himni səsləndirilib.
Qeyd edək ki, Avropa çempionatına sentyabrın 30-da yekun vurulacaq.
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Daha 35 ailə Füzuliyə yola salınıb
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir