logo

Gədəbəyin üç kəndində modul tipli məktəb quraşdırılacaq

19:49 25-07-2018 | icon 4186
Gədəbəyin üç kəndində modul tipli məktəb quraşdırılacaq

Bu il Gədəbəy rayonunun Talakənd, Dördlər və Əyrivəng kəndlərində modul tipli məktəblər quraşdırılacaq.

Rayon icra hakimiyyətindən YeniAvropa-ya verilən məlumata görə, görülən işlər Azərbaycan prezidentinin Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında 2018-ci il 5 aprel tarixli Sərəncamına əsasən yerinə yetiriləcək.

Hazırda rayonda 83 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Başa çatmış tədris ilində rayon üzrə 10 min 440 nəfər şagirdin təhsili və təlim-tərbiyəsi ilə 1570 nəfər pedaqoji işçi məşğul olub.

Bu il ümumtəhsil məktəblərinin 9-cu sinfini 840 nəfər,11-ci siniflərini isə 728 nəfər bitirib.