logo

Parisdə Fransa və Ermənistan müdafiə nazirləri görüşüblər

11:11 28-09-2022 | icon 1701
Parisdə Fransa və Ermənistan müdafiə nazirləri görüşüblər

Fransanın müdafiə naziri Sebastyan Lekornü ilə Ermənistanın müdafiə naziri Suren Papikyan arasında Parisdə görüş olub.

YeniAvropa xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla Ermənistan KİV-ləri məlumatı yayıb.

Bildirilib ki, nazirlər Azərbaycanla Ermənistan arasındakı sərhədyanı ərazilərdə vəziyyəti müzakirə ediblər.

Fransalı nazir həmin bölgədə vəziyyəti dəyərləndirmək üçün tezliklə Ermənistana nümayəndə göndəriləcəyini qeyd edib.