logo

Emmanuel Makron İlham Əliyevə zəng etdi

21:15 27-09-2022 | icon 1183
Emmanuel Makron İlham Əliyevə zəng etdi

Fransa prezidenti Emmanuel Makron sentyabrın 27-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Fransa prezidenti sentyabrın 26-da Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş haqqında dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirib. Söhbət zamanı Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar haqqında müzakirə aparılıb. Prezidentlər Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının tezliklə başlanması barədə danışıblar.

Xatırladaq ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron sentyabrın 13-də Azərbaycan prezidenti İlham Əliyevə zəng etmişdi