logo

Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovina liderinə təqdim edib

16:13 27-09-2022 | icon 1176
Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovina liderinə təqdim edib

Azərbaycanın Bosniya və Herseqovinadakı yeni səfiri Vilayət Quliyev etimadnaməsini bu ölkənin Rəyasət Heyətinin sədri Şefik Caferoviçə təqdim edib.

YeniAvropa xəbər verir ki, bu barədə diplomat özünün "Twitter" hesabında məlumat paylaşıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncam ilə Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.