logo

Sabah Bakıda 27° isti olacaq

13:13 27-09-2022 | icon 651
Sabah Bakıda 27° isti olacaq

Azərbaycanda sentyabrın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19°, gündüz 25-28° isti, Bakıda gecə 16-18°, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 , gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16°, gündüz 25-30° isti, dağlarda gecə 3-8°, gündüz 12-17° isti olacaq.