logo

Media Reyestrində fərdi məlumatlar “Fərdi məlumatlar haqqında” Qanuna uyğun olaraq işləniləcək

16:15 26-09-2022 | icon 1134
Media Reyestrində fərdi məlumatlar “Fərdi məlumatlar haqqında” Qanuna uyğun olaraq işləniləcək

Fərdi məlumatların Media Reyestrində toplanılması və işlənilməsi “Fərdi məlumatlar haqqında” Qanuna uyğun olaraq həyata keçirilir.

YeniAvropa xəbər verir ki, bu müddəa “Media Reyestrinin aparılması Qaydaları”nda əksini tapıb.

Qaydalar “Media haqqında” Azərbaycan Respublikası Qanununun 73.6-cı maddəsinə uyğun olaraq hazırlanıb və Media Reyestrinin aparılması ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.

Reyestr Azərbaycan Respublikasının mülkiyyətidir və onun saxlanılması Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Media Reyestrinin formalaşdırılması, aparılması, digər dövlət qurumlarının informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası, arxivləşdirilməsi və bu Qaydalarla tənzimlənməyən məsələlər “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” ilə tənzimlənir.