logo

“Media Reyestrinin aparılması Qaydaları” təsdiqlənib

15:38 26-09-2022 | icon 623
“Media Reyestrinin aparılması Qaydaları” təsdiqlənib

“Media Reyestrinin aparılması Qaydaları” təsdiqlənib.

YeniAvropa xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı sentyabrın 26-da fərman imzalayıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, Media Reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Media Reyestrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək, eyni zamanda, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək həvalə olunub.